Thursday, June 7, 2012

İngilis dilində bir sıra sözlər və ifadələr var ki, onlar yalnız və ya əsasən qeyri-rəsmi nitq üçün xarakterikdir. Bu tip ifadələrə kitablarda çox da rast gəlməsəniz də onlar danışıq dilində çox işlənir və filmlərdə də bu ifadələrə rast gələ bilərsiniz. Məsələn:

1) to blow money - pulu mənasız yerə xərcləmək, (məsələn içkiyə və.s) bir sözlə israf etmək.
Nümunə: She blew her money on clothes that she'd never wear.
               O öz pulunu heç vaxt geyinməyəcəyi paltarlara xərclədi.

2) dunno = don't know. Dunno bilmirəm deməkdir, yəni don't know - un qısaldılmış formasıdır.
Nümunə: I dunno where she is now.
               Mən bilmirəm o indi haradadır.

3) to save for a rainy day - pis gün üçün pul saxlamaq.
Nümunə: You should not blow your money on insignificant items, you had better save it for a rainy day.
Pulunu lazımsız əşyalara israf etməsən yaxşıdır, əvəzinə yaxşı olardı ki o pulu pis güm üçün saxlayasan.

4) to sweep somebody off his/her feet - bu ifadənin tərcüməsi kimisə razı salmaq və sizdən xoşu gəlməyinə  şərait yaratmaq deməkdir.
Nümunə: Eldar paid compliments to Lamiye on her beauty and swept her off her feet.
Eldar Lamiyəyə gözəlliyinə görə kompliment dedi və Lamiyəni razı saldı.

5) to break the news - Bu ifadəyə xəbərlərdə tez-tez rast gələcəksiniz. Mənası hansısa xəbəri çatdırmaq yəni başqalarını bu məsələdən agah etmək deməkdir.
Nümunə: The CNN broke the news about the mysterious murder.
               CNN telekanalı sirli qətl haqqında xəbəri yaydı, camaatı bu xəbərdən agah etdi.

6) right-hand man - vacib adam deməkdir.
Nümunə: Emin is his boss's right-hand man.
Emin müdürünün sağ əlidir.
Maraqlı bir təsadüfdür ki, Azərbaycanca da bu ifadə var, amma biz sadəcə sağ əl deyirik.